Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96189
az

Brüsseldə Avropa Komissiyasının binasında İsrail bayrağı qaldırılıb

21:4408 Oktyabr, 2023
100
DÜNYA
  • A

Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının binası yaxınlığında İsrail bayrağı qaldırılıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında məlumat verib.

"Bu gün Aİ və İsrail bayraqları dalğalanır", - nəşr yazır.

Avropa komissarının sözlərinə görə, bu, Fələstin radikal qruplarının güclü hücumları fonunda Aİ-nin İsraillə həmrəyliyini vurğulamaq üçün edilib.

“Biz qətiyyətlə İsrailin və onun xalqının tərəfindəyik”, o vurğulayıb.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

Bundan əvvəl Kiyev meri Vitali Kliçko elan etmişdi ki, İsrail bayrağı bir gün ərzində şəhərdəki reklam bannerlərində asılacaq.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə nəticələrlə hədələyib
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş