Qaynar xətt:

(+99450) 247 90 86

Bayraktar Ukraynaya 100 milyon dollar sərmayə qoyur

Bayraktar Ukraynaya 100 milyon dollar sərmayə qoyur

DÜNYA

276

30.09.2023, 17:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırır.

 Oxu24.com xəbər verir ki, bu barədə  şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən hərbi sənaye forumunda bildirib.


“Artıq tikintiyə başlanılıb. Tamamlanması təxminən 1,5 il çəkəcək. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, - “Ukrinform” onun sözlərindən sitat gətirir.

Bayraktar qeyd edib ki, zavodun işə salınması ilə bağlı çətinliklər təchizat zəncirini təmin etmək və döyüş şəraitində kadr tapmaq olacaq.

Baş direktorun sözlərinə görə, şirkət Ukraynaya təqribən 100 milyon dollar sərmayə qoyacaq.Bu vəsait zavodun tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunacaq.

 

Müəllif: Nigar