Qaynar xətt:

(+99450) 247 90 86

3 məhbus həbsxanadan qaçdı

3 məhbus həbsxanadan qaçdı

DÜNYA

368

30.09.2023, 14:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Ryazan vilayətinin Skopin şəhərindəki cəzaçəkmə müəssisəsindən üç məhbus qaçıb.

Oxu24.com-un REN TV-yə istinadən məlumatına görə, həmin şəxslər gecə saatlarında oradan qaçıblar. Onların yoxa çıxması sentyabrın 29-da səhər saatlarında müəyyən edilib.

"Məhbuslar  koloniyanın ərazisindəki müəssisədə gecə növbəsində işləyirdilər. Səhər saat 8-də yoxlamaya gəlməyiblər", - mənbə REN TV-yə bildirib.

Qaçanlar avtomobil oğurluğu, əmlakın məhv edilməsi və ağır bədən xəsarətləri ilə nəticələnən qəza törətməkdə təqsirli biliniblər.

“RİA Novosti”yə region üzrə Federal Penitensiar Xidmətin mətbuat xidmətindən bildirilib ki, koloniyadan qaçan şəxslər axtarılır. Koloniya-qəsəbədə mühafizə yoxdur, məhkumlar müdiriyyətin nəzarəti altında saxlanılır.

Müəllif:Miri Məcidli