“Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılıb.
Oxu24.com xəbər verir ki,Daş obeliskdə ulduz və qılınclar olan emblem təsvir olunub, onun yanında isə PMC emblemi olan bayraq var.
Mənbə abidənin quraşdırılmasının təşəbbüskarları barədə məlumat vermir.
Avqustun 23-də axşam Tver vilayətinin Kujenkino kəndi yaxınlığında Yevgeni Priqojinin olduğu Embraer ERJ-135BJ Legacy 650 təyyarəsi qəzaya uğrayıb.
Baş verənlərin versiyaları arasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təyyarənin qəzaya uğramasına səbəb olan “qəsdən cinayətin” olmasının tamamilə mümkün olduğunu deyib.
Amerikanın xüsusi tapşırıqlar üzrə səfiri Beth Van Schack bildirib ki, təhqiqat ABŞ-da da aparılır.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR