Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83347
az

Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək

22:0323 Fevral, 2023
80
  • A

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Amerika diplomatiyasının rəhbəri Astanada Mərkəzi Asiyanın beş ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və ABŞ arasında qarşılıqlı fəaliyyət üçün çoxtərəfli mexanizm olan formatda nazirlərin görüşündə iştirak edəcək.

İclas formatın iştirakçısı olan ölkələr arasında iqtisadi, enerji, ekoloji və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.

Dövlət Departamentinin rəhbəri daha sonra Daşkəndə gedəcək və orada Özbəkistanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Martın 1-də Blinken Nyu-Dehliyə uçacaq və burada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mina partladı: “Rossiya 24”ün əməkdaşı yaralandı
İsrail fələstinlilərin vergilərini yenə müsadirə edir: 35 milyon dollar...
Peskov:

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Bank kartından pul oğurlayan şəxs tutuldu