Qaynar xətt:

(+99450) 247 90 86

Üç erməni hərbçi yaralandı

2018-12/1545760894_ermeni_esker_385767.jpg

DÜNYA

952

25.12.2018, 22:00

\"\" Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.
Oxu24.com teleqraf.com-a istinadən bildirir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb. Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.