Türkiyənin ürək və daxili xəstəliklər üzrə mütəxəssisi, professor Canan Karatay daha bir maraqlı açıqlama verib.
Oxu24.com Publika-ya istinadən xəbər verir ki, professor qluten maddəsinin səbəb olduğu xəstəliklərlə bağlı danışıb.
O bildirib ki, qluten 20 növ xəstəlik yaradır. Bağırsaqlara daxil olarkən dost bakteriyaları öldürür, insanda asılılıq yaradır və insanı "qoyun halına" gətirir.
Xəstəliklər isə bunlardır: Autizm, diabet, diqqət dağınıqlığı, beyin bulanıqlığı, xərçəng, tez-tez xəstələnmək, süd məhsullarında entolaran, böyüməkdən geri qalmaq, depressiyya, ALS, mədə-bağırsaqda qaz, miqren, sonsuzluq, hamilə qadınların uşaqlarını itirməsi, Alzaymer, tez-tez acmaq, Parkinson, burun tıxanıqlığı və osteopeniyadır.
Qluten maddəsi taxıl məhsullarında, xüsuilə, buğdada kifayət qədər var. Buna görə də çörək yemək bu xəstəliklərin başlanğıcını qoyur. Karatay çörəklə bağlı bunları deyir:
"Müasir buğdadan və quru mayadan hazırlanan çörək zərərlidir. Müasir buğda cücə buğdadır, hibriddir. Buna görə də içində qluten çoxdur. Məhz o qluten də hər cür xəstəliyin səbəbidir. Fabriklərdən gələn unlarda kimyəvi qarışıqlar var. Bunlardan ən önəmlisi bromiddir ki, bədəndəki yodun istifadəsinin qarşısını alır. Hər növ xərçəngin səbəbidir".
Qluten beyində asılılıq yaradır. Buna görə də düşünməyi, mühakimə etməyi, sorğulamağı əngəlləyir. İnsanı qoyun halına gətirir. Qoyun nədir? Nəzarət olunası heyvan. Düşünməz, sorğulamaz, nə desən, onu edər. o halda biz nə oluruq? Uzaqdan idarə edilən bir əşya". Oxu24.com
ŞƏRHLƏR