2019-cu ildə III Dünya müharibəsinin başlaya biləcəyi qaynar nöqtələrin adları bəlli olub.
Oxu24.com xəbər verir ki, bu barədə "National İnterest” jurnalında amerikalı professor Robert Farlinin məqaləsi dərc olunub.
Professorun fikrincə, qaynar nöqtələrdən biri hələlik bir-biriləri ilə sadəcə ticarət müharibəsi aparan ABŞ-la Çin arasında qızğın mübarizənin getdiyi Cənubi Çin dənizidir.
İkinci belə nöqtə isə Ukraynadır. Kerç boğazında baş verən son hadisələrdən sonra bu bölgədə gərginlik xeyli artıb. Rusiya Ukraynada prezident seçkiləri öncəsində status-kvonu pozmaq istəməsə də, vəziyyət istənilən kiçik bir hadisədən qızışacaq qədər həssasdır.
Üçüncü qaynar nöqtə isə Fars körfəzi hesab olunub. Belə ki, İrana qarşı tətbiq olunan sərt sanksiya siyasəti, Yəmən və Suriyadakı silahlı qarşıdurmalar regionun əhəmiyyəti də nəzərə alınanda, burada hər an ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi ehtimalı var. Bu münaqişəyə hətta Çin də qoşula bilər.
Dördüncü qaynar nöqtə Koreya yarımadasıdır. ABŞ və Şimali Koreyanın sülh naminə göstərdikləri səylərə baxmayaraq yarımadada vəziyyət gərgindir. Bu gərginliyin əlavə olaraq Çin və Yaponiya kimi aktorları da var. Burada Çinlə ABŞ münasibətlərindəki gərginlik fonunda genişmiqaslı toqquşma baş verməsi ehtimalı yüksəkdir. Oxu24.com
ŞƏRHLƏR