Qaynar xətt:

(+99450) 247 90 86

Putin Orxan Camalın qətlindən danışdı

2018-12/1545324014_orxan_camal_23847856.jpg

DÜNYA

680

20.12.2018, 20:39

\"\" Rusiya prezidenti Vladimir Putin hər il ənənəvi olaraq keçirdiyi mətbuat konfransında Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər, o cümlədən Orxan Camalla bağlı sualları cavablandırıb.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Putin baş vermiş hadisəni faciə adlandırıb. O bildirib ki, jurnalistlər MAR-a peşələri ilə əlaqədar yox, turist kimi gediblər: \"Bu cinayəti yerli qruplaşmalardan biri törədib. Bildiyim qədər, MAR tədqiqatlar aparır. Hələlik inandırıcı məlumatlar yoxdur, ümid edirəm, tezliklə olacaq. Rusiyanın diplomatik kanalları vəziyyəti nəzarətdə saxlayır\". Xatırladaq ki, Orxan Camal və digər 2 həmkarı iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar \"Vaqner\" hərbi şirkəti haqqında reportaj hazırlamaq üçün getmişdilər.