Türkiyənin Trabzon bölgəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 25 əcnəbi qadın saxlanılıb.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslər fahişəlik etməkdə ittiham olunur.
Məlumata görə, əməliyyat Trabzonun Ortahisar rayonunun Taşbaşı məhəlləsində yerləşən əyləncə klublarından birində keçirilib.
Saxlanılan qadınlardan 12-si Azərbaycan, üçü Gürcüstan, üçü Rusiya, dördü Ukrayna, biri Özbəkistan, biri Qırğızıstan və biri Moldova vətəndaşıdır.
Onlar ekstradisiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.
Oxu24.com
ŞƏRHLƏR