Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66842
az

Rusiya üçün daha bir şok: Bu brendlər ölkədən getdi

17:5713 Mart, 2022
313
  • A

Rusiyanın Ukraynaya müharibəsi səbəbindən qlobal brendlər bu ölkənin bazarını tərk etməkdə davam edir.

Oxu24.com  bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, belə şirkətlərin sayı 200-ə yaxındır. Xüsusən onların arasında “Shell”, “Lufthansa”, “Airbus” (energetika, aviasiya), “Mercedes-Benz”, BMW, “Skoda Auto as”, “Audi” (avtomobilqayırma), “Bolt”, “Google Pay”, “Mastercard”, “Visa”, “Western Union” (maliyyə, hüquq mərkəzi, logistika), “Adidas”, “Puma”, “Nike”, “Disney” (mal və əyləncə), “Netflix”, “Apple”, “Spotify”, “Microsoft” (texnologiya sənayesi) və digərləri var.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müharibəsindən sonra digər qlobal şirkətlər də kütləvi şəkildə bu ölkənin bazarındakı fəaliyyətlərini dayandırıblar. Martın 10-da qlobal “Fast food” restoranlar şəbəkəsi “Burger King” Rusiya şəbəkəsinə dəstəyi dayandırmaq, “Formula-1” isə bu ölkə ilə bütün əlaqələri kəsmək qərarına gəlib.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb.

Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

HƏMAS iki rusa görə Moskvaya ŞƏRT QOYDU
Putindən Belousovla bağlı SƏRƏNCAM
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü