Qaynar xətt:

(+99450) 247 90 86

“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim etdi - FOTO

“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim etdi - FOTO

DÜNYA

503

12.03.2022, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Baykar Savunma"nın texniki direktoru Səlcuq Bayraqdar "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.

OXU24.COM xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

"İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS - Pilotsuz Döyüş Uçuş Sistemi: "Bayraktar Kızılelma". Yoldadır, gəlir. İzləmədə qalın", - vurğulayıb.

Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, "Qızıl alma" türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan "Qızıl alma" bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.