Qaynar xətt:

(+99450) 247 90 86

Mariupolda ölənlər xəndəklərdə basdırılır - FOTO

Mariupolda ölənlər xəndəklərdə basdırılır - FOTO

DÜNYA

765

11.03.2022, 02:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Mariupol şəhəri aramsız, sürəkli olaraq Rusiya qoşunları tərəfindən bombardman olunduğundan mülki əhali arasında tələfat çox böyükdür.

OXU24.COM  bildirir ki, həlak olmuş şəhər sakinləri kütləvi məzarlıqlarda dəfn edilirlər.

Mariupol meri Sergey Orlovun dediyinə görə, şəhərin morqları doludur. Bu səbəbdən dağıntılar altından çıxıraln cəsədlər morqa aparılmadan, kütləvi məzarlıqda torpağa verilir.

Dəfn mərasimləri keçirmək də mümkün deyil: raket, bomba, mərmi yağışı altında mərasim yeni qurbanlara, tələfata səbəb ola bilər.

Tabutlar da çatışmır artıq. Ona görə cəsədlər sellofana, polietilenə, texniki parçalara bükülərək basdırılır.