Qaynar xətt:

(+99450) 247 90 86

170 azərbaycanlı Odessadan təxliyə olundu (FOTO)

170 azərbaycanlı Odessadan təxliyə olundu (FOTO)

DÜNYA

532

10.03.2022, 00:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata görə, bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessa yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

"Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib", - deyə məlumatda bildirilir.