Danimarkanın Baş Qərargah rəisi Hans Kristian Mathiesen vəzifəsindən sui-istifadə edərək, sevgilisinə mayor rütbəsi verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən onun barəsində araşdırma başladılıb. Araşdırma zamanı Mathiesenin sevgilisinə mayor rütbəsi verə bilməsi üçün beynəlxalq missiyalarda vəzifə icra edilməsini vacib edən maddəni ləğv etdiyi üzə çıxıb.
Həmçinin Baş Qərargah rəisinin sevgilisi üçün ayrıca hərbi idarə yaratdığı və onu həmin idarəyə rəhbər təyin etdiyi də məlum olub.
Hadisədən sonra Mathiesenin müvəqqəti məzuniyyət üçün vəzifəsindən ayrıldığı qeyd edilir. Oxu24.com
ŞƏRHLƏR