Rusiyanın İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin Argangelsk vilayət İdarəsinin şəhərdəki binasında partlayış törətmiş şəxsin fotosunu yayıb.
Milli.Az bildirir ki, 17 yaşlı gənc partladıcı qurğunu bel çantasında gizlədibmiş.
Bomba binaya girişdə, metal detektorun qarşısına işə salınıb.
Rusiyanın Milli Antiterror Komitəsinin yaydığı açıqlamaya görə, partlayışda 17 yaşlı gənc həlak olub, FTX-nın üç əməkdaşı yaralanıb. Onların biri şəhər xəstəxanasının reanimasiya bölməsindədir.
Teraktı törədən Arxangelsk şəhər sakini, sosial şəbəkələrdə "Valeryan Panov" niki ilə qeydiyyatdan keçmiş 17 yaşlı Mixail Jlobinskidir. O, Arxangelsk Politexnik Texnikumunun 2-ci kurs tələbəsi idi.
Partlayışdan bir qədər əvvəl o, Telegram-dakı "Reçi Buntovşika" ("Qiyamçının nitqləri") kanalında müraciət yayıb: "Yoldaşlar, az sonra FTX-nin Argangelsk İdarəsinin binasında terror aktı törədiləcək. Məsuliyyəti öz üzərimə götürürəm. Səbəblər sizə aydındır. FTX qudurub, işlər uydurur, insanlara işgəncələr verir. Çox yəqin ki, partlayışda gəbərəcəyəm, çünki qurğu bombanın üzərindəki düymələri basmağımdan sonra işə düşəcək. Ona görə sizdən xahiş edirəm - məlumatı mümkün qədər geniş yayın. Sizə anarxik kommunizmin nurlu səhərlərini arzulayıram".
Mixail J.-nin özünü anarxist saydığı vurğulanır.
Oxu24.com
ŞƏRHLƏR