Qaynar xətt:

(+99450) 247 90 86

10 nəfərin meyiti tapıldı, biri körpədir -VİDEO

2018-10/1540876482_c1a3844b-4cc6-4aca-bdb7-ded42ad3318a.jpg

DÜNYA

994

30.10.2018, 09:15

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində "Boeing" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər.
Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib. "Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların bədənlərinin hissələri ilə dolu daha 14 kisə sahilə gətirilib", - deyə "The Straits Times" nəşri məmurun sözlərini sitat gətirib. Polis yaxın saatlarda ölənlərin qohumlarından götürülmüş DNK nümunələri əsasında qalıqların kimə məxsus olduğunu müəyyən edəcək.