Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6560
az

Səudiyyə Türkiyəyə milyonlar ödəməyə hazırdı - Şok DETALLAR

22:0029 Oktyabr, 2018
1196
DÜNYA
  • A
 İslam dinini qəbul etmədən əvvəl "Çaqqal Karlos" ləqəbi ilə tanınan Salim Məhəmməd "Baran" jurnalında yayımlanan sonuncu məqaləsində jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı maraqlı məqamlara toxunub.

Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, Məhəmməd "Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi" adlı məqaləsində ABŞ Prezidenti Donald Trampın Qaşıqçı cinayəti ilə bağlı məsələdə xüsusi canfəşanlıq nümayiş etdirdiyini vurğulayıb.

Salim Məhəmmədin Qaşıqçı cinayətinə həsr olunmuş "Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi" adlı məqaləsini təqdim edirik:

"Ər-Riyad rejimi çirkli əməlləri ilə tanınan bir rejimdir və bölgədəki müsəlmanların ən böyük düşmənlərindən biridir. Camal Qaşıqçı "Vaşinqton Post" üçün yazan bir jurnalist idi. Vaşinqtonun ən vacib nəşrlərindən sayılan "Vaşinqton Post" yüz ildən artıq tarixi, böyük bir əhəmiyyəti var. Qaşıqçının burada hələ bir neçə gün əvvəl rejimi tənqid edən yazıları dərc olunmuşdu. Türk əsilli bir ailəyə mənsub olan Qaşıqçının İstanbulda olması təbii haldır, ancaq onun burada həm də konsulluqda niyə öldürüldüyünü yaxşı düşünməliyik. Vaşinqtonda da konsulluğa gedirdi bəs nə üçün orada öldürülmədi?

Qaşıqçı nə üçün konsulluğa getdi? Böyük ehtimalla konsulluğa çağırıldığı üçün ora gedib. Bir davada öldürüldüyü iddia edilir, ancaq şahzadə Salmana aid xüsusi dəstənin təyyarələrlə İstanbula gəlib dərhal qayıtmaları, ölüm açıqlamasının bir çox müzakirələrdən sonra verilməsi bu iddianın yalan olduğunu qəti şəkildə ortaya qoyub.

Səudiyyə kralı xəstəliklərin cəngindədir və şahzadə yaxın vaxtlarda taxta çıxmağa hazırlaşır. Bu çərçivədə bir sıra oyunlar oynanılır. Qaşıqçı məsələsi də bununla bağlıdır, əks halda ABŞ Prezidenti Donald Tramp niyə bu hadisəyə müdaxilə etsin? Camal Qaşıqçı ABŞ vətəndaşı deyil və hadisə də ABŞ sərhədləri daxilində yaşanmayıb. Bunların hamısını bir bütöv olaraq düşünmək lazımdır.

ABŞ bu gün müttəfiq olduğu hər kəsə səhəri gün xəyanət edə biləcək bir dövlətdir. Səudiyyə Ərəbistanının da vəziyyəti elə görünür. Qaşıqçının sui-qəsdi vasitəsilə Səudiyyə Ərəbistanına qarşı bir əməliyyat keçirilir. Səudiyyənin ən böyük müttəfiqi İsrail və ABŞ-dır. Bu əməliyyat müttəfiqliyin qarşısını kəsə bilməyəcək.

Sionistlər eynilə II dünya müharibəsindən sonra olduğu kimi tarixi dəyişdirməyi hədəfləyən əməliyyatlar keçirir. Sionistlərin təbliğatına baxmayaraq Türkiyənin məsələ ilə bağlı həqiqəti təyin edəcəyini düşünürəm. Səudiyyəlilər hazırda bu hadisə ilə əlaqədar olaraq Türkiyəyə milyonlarla dollar ödəməyi qəbul edəcək qədər çətin vəziyyətdədir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı
Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ