Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6538
az

İrana sarsıdıcı zərbə : Tehran 5 noyabrdan sonra su belə sata bilməyəcək…

13:0929 Oktyabr, 2018
875
DÜNYA
  • A
Türkiyənin məşhur “Halkbank” bankının Sanksiyalar Şöbəsinin rəsmisi Seyid Əhməd Taymaz, bu ilin 5 noyabrından etibarən ABŞ-ın İrana yönəlik sanksiyalarının hüquqi qüvvəyə minəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, sanksiyaların İranın “Bank Mellat” bankını da əhatə edəcəyini deyən Taymaz, rəsmi Tehranın ciddi sınaqla üz-üzə olacağını bildirib. “Halkbank” rəsmisi Türkiyənin İrana qarşı sanksiyalara qoşulmamaq üçün, ABŞ-dan istisna tələb etdiyini də deyib.

“ABŞ prezidenti Donald Trampın may ayında İranla nüvə müqaviləsini pozmasının ardından Tehrana qarşı tətbiq edilən sanksiyaların ikinci hissəsi bilavasitə neft və qaz ticarətini hədəfə alır. Türkiyə üçün ən önəmli məsələ neft və neft məhsullarına dair ticarətin qadağan edilməsidir. Türkiyəyə istisna hüququ tanınmasa xam neft idxalı edilə bilinməyəcək. Qaz idxalı davam edərkən, burada da ikitərəfli ticarət məhdudlaşdırması tətbiq olunacaq. Beləliklə, İran satdığı qazın əvəzində alacağı pulu Türkiyədə saxlaacaq. Bu pulu da ancaq Türkiyə istehsalı olan məhsulların alışında istifadə edə biləcək.

Sanksiyaların dövrəyə girməsiylə birlikdə İran avtomobil sektoruna nəinki neft, su belə sata bilməyəcək. İranla Türkiyə arasındakı ticarətdə isə dollardan istifadə olunmayacaq” – Taymaz belə deyib.

“Halkbank” rəsmisi sanksiyalar tətbiq edilən iranlı məmurlarla da ticarətin qadağan ediləcəyini bildirib.

“Sanksiya tətbiq ediləcək adlar arasında İran İnqilab mühafizlərinin liderlərinin də adları var. Bu siyahıdakı insanlarla ticarət edənlər də suçlu sayılırlar”- “Halkbank” rəsmisi belə deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı
Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ