Tramp 47 il əvvəl İranla bağlı verilən qərarı yenilədi
04 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
451
09.02.2022, 21:36
İranın Mülki Aviasiya Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar olaraq daxili reyslərdə sərnişin sayının 60 faiz azaldılması barədə qərar qəbul edib. Lakin bu qərarın həyata keçirilməsi hələlik mümkün olmur.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, 5 gün əvvəl qərar verilməsinə baxmayaraq hava limanlarında sıxlıq müşahidə olunur. Tehran-Təbriz, Tehran-Şiraz, Tehran-İsfahan reyslərinə biletlər 100 faiz satılıb. Təyyarələr sərnişinlə dolu olaraq reysləri yerinə yetirirlər. Araşdırma zamanı müəyyən edilib ki, bəzi şirkətlərin qərardan xəbərləri olmayıb. Digərləri isə sərnişinlərin etirazı ilə qarşılaşıblar. Sərnişinlərin çox olması 60 faiz bilet satışına imkan vermir. Bu hallar isə virusun yayılmasına şərait yaradır.
Mülki Aviasiya Təşkilatı vəziyyəti nəzarətə götürüb və sıxlığın aradan qaldırılmasına çalışır.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkə ərazisində 39 min 85 nəfərin koronavirusa yoluxması, 116 nəfərin bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 696 min 927 nəfərə, ölənlərin ümumi sayı isə 133 min 164-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 2 min 853 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 215 min 909 xəstə sağalaraq evə buraxılıb.
İranda əhalinin 90 faizə qədərinə peyvənd vurulmasına baxmayaraq koronavirusun 6-cı dalğası ölüm hallarının artması ilə müşahidə olunur.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.