Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusa yoluxan Ərdoğanla xanımının vəziyyəti açıqlandı

Koronavirusa yoluxan Ərdoğanla xanımının vəziyyəti açıqlandı

DÜNYA

422

08.02.2022, 00:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusun "omikron" ştammına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəziyyəti yaxşıdır və məsafədən işləməyə davam edir.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bunu özünün "Twitter" səhifəsində R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan yazıb.

"COVID-19 üzrə testlərimizin cavabı müsbət çıxdıqdan sonra Tayyib bəy və mən evdə dincəlməyə və uzaqdan işləməyə davam edirik. Allaha şükür vəziyyətimiz yaxşıdır", - deyə Əminə Ərdoğan yazıb.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.