Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib

Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib

DÜNYA

414

27.01.2022, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb.

Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar mövcud qanunvericilikdən çıxarılıb.

Qanunvericiliyə dəyişikliklərin edilməsi indi dövlət başçısı tərəfindən təsdiqlənməlidir.