Dünyaya ən çox ərzaq satan 11 ölkə - SİYAHI
10 Noyabr 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1043
03.10.2021, 00:49
2011-ci ildə Əl-Qaidə terror qruplaşmasının lideri Üsamə bin Ladenin Pakistanda məhv edilməsi əməliyyatı daha çox səhnələşdirilmiş əməliyyata bənzəyir, heç nə onun həmin vaxt hadisə yerində olduğunu təsdiqləmir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu məlum əməliyyatdan sonra araşdırmalarda iştirak etmiş pakistanlı jurnalist deyib.
Rəsmi versiyaya əsasən, Bin Laden 2011-ci ilin mayın 2-də Əfqanıstandan helikopterlərlə Abbottabada göndərilən ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb.
Əməliyyatdan sonra hadisə yerində işləmiş pakistanlı jurnalist Süheyl Abbas isə Abbottabaddakı əməliyyatı tamaşa adlandırıb və bildirib ki, öz sifətini dünyada və daxildə qorumaq üçün bu əməliyyat ABŞ-a lazım idi.
"Biz əminik ki, Bin Laden həmin vaxt binada yox idi. Ancaq ailəsi bir neçə il idi ki, orada yaşayırdı", - Bin Ladenin qonşusu Raca Harun deyib.
Onun sözlərinə görə, Bin Ladenin öldürülməsi ilə bağlı ABŞ və Qərb mətbuatının yaydığı məlumatlara şəhərdə hər kəs təəccüblənmişdi:
"Sonra həm yerli, həm də xarici jurnalistlər gəlməyə başladı. Daha sonra Obamanın (ABŞ-ın o vaxtlı prezidenti Barak Obama - red.) ən təhlükəli terror təşkilatının rəhbərinin ortadan qaldırılması və cəsədinin dənizə atılması ilə əlaqədar bəyanatları və təbrikləri yayımlandı. Bu ki, axmaqlıq və gülünc idi", - Harun bildirib.
Əməliyyatdan sonra ABŞ rəsmiləri bəyanat vermişdilər ki, terrorçu liderin meyiti tanınıb və dəfn yerinin digər terrorçular üçün kulta çevrilməməsinı görə dənizə atılıb.
18:25 / 10 Noyabr 2026
1
18:19 / 10 Noyabr 2026
28
18:17 / 10 Noyabr 2026
33
18:04 / 10 Noyabr 2026
61
18:02 / 10 Noyabr 2026
432
17:54 / 10 Noyabr 2026
88
17:42 / 10 Noyabr 2026
86
17:35 / 10 Noyabr 2026
84
17:16 / 10 Noyabr 2026
307
17:10 / 10 Noyabr 2026
116
17:06 / 10 Noyabr 2026
187
16:55 / 10 Noyabr 2026
575
16:47 / 10 Noyabr 2026
97
16:41 / 10 Noyabr 2026
93
16:35 / 10 Noyabr 2026
157
16:21 / 10 Noyabr 2026
158
16:12 / 10 Noyabr 2026
275
15:58 / 10 Noyabr 2026
130
15:44 / 10 Noyabr 2026
237
15:34 / 10 Noyabr 2026
376
15:31 / 10 Noyabr 2026
106
15:25 / 10 Noyabr 2026
147
15:22 / 10 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.