Kremldən NATO açıqlaması
12 Noyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2818
03.04.2021, 16:06
Martın 26-da Donbas bölgəsində Rusiya tərəfindən dəstəklənən separatçıların Ukrayna ordusunu hədəf alan hücumundan sonra Moskva və Kiyev arasında artan gərginliyin isti qarşıdurmaya çevriləcəyi narahatlığı yaşanır.
Oxu24.com Teleqraf.com-a istinadla xəbər verir ki, Moskva bu münaqişədə Ukraynanı dəstəkləyən və Rusiyanı hədəf alan ABŞ və Avropa Birliyinin sərt açıqlamalarına eyni tonda cavab verib.
Kiyevin NATO-nu öz hava məkanında birgə patrul keçirməyə çağırması və Rusiya ordusunun Krıma minlərlə əsgər və hərbi texnika göndərməyə davam etməsi, savaş ehtimalını getdikcə gücləndirir. Nəhayət, Ukrayna Müdafiə Nazirliyinin ABŞ-ın Donbasda gərginliyin artacağı təqdirdə Kiyevi dəstəkləyəcəyini vəd etməsindən sonra Kremldən sərt açıqlama gəlib. Kremldən verilən açıqlamada istənilən hərbi həmləyə adekvat cavab verəcəkləri bildirilib.
“Belə bir ssenarinin reallaşması, ABŞ hərbi qüvvələrinin Ukraynaya göndərilməsi, Rusiya sərhədləri yaxınlığında gərginliyin artmasına səbəb olacaq. Əlbəttə bu vəziyyət Rusiya tərəfini təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edir”, - açıqlamada qeyd olunub.
Açıqlamada Donbasdakı vəziyyət “qorxunc” adlandırılıb.
Rusiya Xarici işlər naziri Sergey Lavrov da ABŞ və Qərb ölkələrini gərginliyə təhrik etməkdə ittiham edib: “Ümid edirəm ki, ABŞ başda olmaqla Qərb tərəfindən təhrik edilən siyasətçilər hərbi qüvvələri təxribata çəkməyəcək. Donbasda yeni müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcəklər. Putin bunu bu yaxınlarda dedi və hələ də qüvvədədir”.
Bölgədəki gərginliyin isti qarşıdurmanın astanasına gəldikdən sonra, Kiyev Ukrayna hava sahəsinin NATO tərəfindən qorumaq üçün təklif verib. Ukraynadan göndərilən təklifdə NATO-nun Rusiyanın təcavüzkar münasibətinə qarşı siyasi reaksiyasının vacib olduğu bildirilib. Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşdiyi və NATO ilə təşkil ediləcək birgə hava patrullarının bölgənin sabitliyini təmin etmək üçün vacib olduğu qeyd edilib.
Bu yaxınlarda sosial media və Ukrayna mətbuatında yer alan məlumatlara görə, Rusiyanın 2014-cü ildə işğal etdiyi Donbas bölgəsinə 4 min hərbi qüvvədən ibarət 28 batalyon göndərdiyi ortaya çıxıb. Rusiyanın Krım və digər istiqamətlərdə Ukrayna sərhədinə göndərdiyi hərbi daşınmalarla bağlı da sosial mediada bir çox görüntü paylaşılıb.
23:53 / 12 Noyabr 2026
4
23:40 / 12 Noyabr 2026
57
23:34 / 12 Noyabr 2026
55
23:24 / 12 Noyabr 2026
216
23:20 / 12 Noyabr 2026
63
23:19 / 12 Noyabr 2026
46
23:18 / 12 Noyabr 2026
65
23:12 / 12 Noyabr 2026
67
23:03 / 12 Noyabr 2026
76
23:02 / 12 Noyabr 2026
161
22:59 / 12 Noyabr 2026
73
22:55 / 12 Noyabr 2026
85
22:49 / 12 Noyabr 2026
100
22:40 / 12 Noyabr 2026
78
22:24 / 12 Noyabr 2026
141
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
101
21:55 / 12 Noyabr 2026
96
21:39 / 12 Noyabr 2026
103
21:26 / 12 Noyabr 2026
1149
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
110
20:55 / 12 Noyabr 2026
382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.