Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4899
az

İstanbulda 500 min insan öləcək, 2,5 milyonu isə... – QAÇILMAZ SONLUQ

14:4731 Avqust, 2018
1003
DÜNYA
  • A
15 il ərzində Mərmərə bölgəsində baş verməsi gözlənilən zəlzələdən sonra hündürlüyü 6 metrə çatan sunami yarana bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə xəbərdarlıqla Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy çıxış edib.

“Hamımız eyni gəmidəyik, birlikdə bata bilərik”, - alim vəziyyətin ciddiliyinə işarə edib.

Onun sözlərinə görə, 1509-cu ildə baş verən İstanbul zəlzələsinin eynisi bu gün olsa, 80 min bina dağıla bilər:

“Bu, minimum 150 min insanın həyatını itirməsi deməkdir. Bu, 500 minə qədər arta bilər. Qalan 2,5 milyon insana müvəqqəti sığınacaqlarda, bəlkə də iki il baxmaq məcburiyyətində qalacağıq”.

Professor ehtimal edilən İstanbul zəlzələsinin böyük dalğalara səbəb ola biləcəyini bildirib:

“İstanbul zəlzələsi böyük ehtimal Mərmərə dənizində olacaq. Sunami üzrə biliklər mənim ixtisasıma daxildir. Bu mövzu üzrə bir mütəxəssis olaraq bunu deyə bilərəm: Mərmərə qapalı dəniz olmasına baxmayaraq, sunami təhlükəsini özündə saxlayır. Mərmərə dənizində dalğaların hündürlüyü 3-6 metr arasında ola bilər. Amma bir metr hündürlüyündə olan sunami dalğasının İstanbul sahillərindən yüz metr içəri girməsi, sahildəki bütün avtomobillərin dənizə çəkilməsi anlamına gəlir. Məsələn, Ataköy düz bir yerdir. Su qarşısında heç bir divar yoxdur. Sunami dalğası Ataköyün axırına qədər gedəcək. Binalar salamat qala bilər, lakin zəlzələdən sonra çölə çıxan insanlar sunamidən zərər çəkə bilər. İnsanlar sunami dalğası ilə ölə bilər”.

Şükrü Ərsoy daha əvəvl bildirmişdi, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

“Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq etmişdi.

Zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, İstanbulda yaxın 11-12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq etmişdi ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

“Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor qonxunc ssenarinin qaçılmaz olduğunu vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveçrənin yeni prezidenti o seçildi
Mask tarixə düşdü
Əsəd Moskvada necə yaşayacaq?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb