Avqustun 12-dən 25-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində ABŞ Dövlət Departamentinin Qlobal Əməkdaşlıq ofisi və “Qızlar Yuxarıya doğru” qlobal təşəbbüsünün xətti ilə “Qadınlar elmdə” adlı qızlar düşərgəsi keçirilib. “Qızlar Yuxarıya doğru” qlobal təşəbbüsü gender bərabərliyi hərəkatı olaraq gənc qızları lider kimi yetişdirmək niyyətindədir. İndiyədək təşkilat dünyada 100-dən çox ölkədə 40 mindən artıq gəncə liderlik təlimləri keçib.
Düşərgə iştirakçısı, Bakı Atatürk Liseyinin 11-ci sinif şagirdi Fidan Dərgahlının sözlərinə görə, proqramda 4 ölkədən olan 15-17 yaş arası 100 nəfər gənc qız bir araya gələrək 2 həftə ərzində elm, texnologiya, mühəndislik, incəsənət , dizayn və riyaziyyat üzrə dərslər alıb. Məşğələlər məşhur dünya şirkətləri - Intel, Google, Microsoft, Mikrobiologiya Amerika Cəmiyyətinin peşəkarlarının hazırladığı kodlaşdırma, mühəndislik və robotlaşma, mikro və molekulyar biologiya, davamlı inkişaf üzrə olan kurrikulum əsasında tədris olunub. Həmçinin düşərgədə liderlik, kommunikasiya bacarıqları, komandada iş, mədəniyyətlərarası mübadilə, təhsil ekskursiyaları, mentorluq və peşəkar inkişaf şəbəkələri də təşkil olunub.
Oxu24.com
ŞƏRHLƏR