Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4843
az

Almaniya Türkiyəni ABŞ-dan xilas edəcək - ŞOK QƏRAR

14:3329 Avqust, 2018
1122
DÜNYA
  • A
 Almaniya hökuməti Türkiyəyə maliyyə yardımı göstərə bilər. Buna səbəb ABŞ-la fikir ayrılıqları səbəbindən Türkiyədə yaranan böhranın regionu əhatə etməsinin qarşısını almaqdır.

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri məlumat yayıb.

Konkret tədbirlər və yardımın həcmi hələlik dəqiqləşdirilməyib. Nəşrin məlumatlarına görə, danışıqlar ilkin mərhələdədir və bu, nəticəsiz ola bilər. Əgər qərar qəbul edilsə, Almaniya və bütünlükdə Avropa Birliyi iqtisadiyyatın bir və ya bir neçə sahəsində yardım edə bilər.

Berlin ehtiyat edir ki, Türkiyədə lirənin ucuzlaşması və həyat səviyyəsinin aşağı enməsi Avropa Birliyinə və Almaniyaya yeni miqrant axınına səbəb ola bilər.

“Biz Türkiyədə vəziyyəti stabilləşdirmək üçün çox şey etmişik. Başqa çıxış yolumuz yoxdur”, - alman məmurlardan biri bildirib.

Ankara ilə Vaşinqton arasında böhran Türkiyənin terrorçuluqda ittiham olunaraq həbs etdiyi amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaqdan imtina etməsindən sonra yaranıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksikada güclü zəlzələ oldu
Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb