Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4797
az

İrandakı toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama

18:3227 Avqust, 2018
927
DÜNYA
  • A
 İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

Oxu24.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın Trend-ə verdiyi məlumata görə, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək:

"Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti 4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.

Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
Moldovada saxlanılan şəxs      Azərbaycana     gətirildi