Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlı həbs edildi – Təfərrüat

2018-08/1535206750_zorlama_qiz_usagi.jpg

DÜNYA

1068

25.08.2018, 18:18

\"\" Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlının məhkəməsi başlayır.
Oxu24.com Ölkə.Az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 149.2.5, 149.2.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinən Aslanov Yaşar Səyavuş oğlununun məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçiriləcək. Belə ki, 2017-ci ilin fevral ayında Ağdam rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Yaşar Aslanov tutulub. Məlum olub ki, Yaşar Aslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olub. Araşdrırmalar zamanı, Yaşar Aslanovun Rusiyada olduğu zaman 4 azyaşlı rus qızını zorladığı məlum olub. Cinayətdən yayınan Yaşar Aslanov Azərbaycana gəlməyə nail olub.