Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan nəvəsinə “Serra” adını qoydu və Türkiyəyə mesaj verdi

2018-08/1534747621_bilal-reyya.jpg

DÜNYA

1787

20.08.2018, 10:45

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeddinci nəvəsi dünyaya gəlib.
Oxu.Az-ın “Sözçü”yə istinadən xəbərinə görə, Ərdoğanlar ailəsi yeni nəvəyə  Fatima Serra adı veriblər. Qəzetin yazdığına görə, adın təşəbbüskarı baba Ərdoğandır. Bilal və Reyya Ərdoğanların yeni qız övladının ikinci adı “Serra” isə Türkiyəyə verilən mesajdır. Yəni, “Serra” ərəb sözüdür və mənası “Bolluq, səadət, rifah və genişlik” deməkdir. Qeyd olunur ki, “Quran”dakı iki ayə də məhz bu anlamları özündə ehtiva edir.