Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45557
az

Ərdoğan bu dəfə Azərbaycanı belə təbrik etdi -

22:1631 Dekabr, 2020
2811
DÜNYA
  • A

Bu gün Qarabağda sülhməramlılara nəzarət edəcək Ortaq Mərkəzdə xidmət aparan türkiyəli hərbçilərlə görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərə telefon vasitəsilə müraciət edib.

Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli müdafiə naziri Hulusi Akara telefonla zəng edərək çıxış edib və onun nitqi səsgücləndirici vasitəsilə mərasimin keçirildiyi zalda əsgərlərə çatdırılıb.Ərdoğan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 gündə dastan kimi bir zəfərə imza atılıb: “Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi mübarizəsində əldə etdikləri zəfərə görə Azərbaycan ordusunu təbrik edirəm. Bu zəfər azərbaycanlı qardaşlarımız qədər bizi də xoşbəxt etdi və qürurlandırdı. Qardaş Azərbaycan Qafqaz islam Ordusunu necə dualarla, sevinc gözyaşları ilə qarşılamışdısa, dekabrın 10-da da Türkiyə Silahlı Qüvvələrini də eyni həyəcanla qarşıladı”.
Türkiyə Prezidenti daha sonra Ortaq Mərkəzdə xidmət edən türkiyəli əsgərlərə müraciət edib: “Sizin oradakı mövcudluğunuz ölkələrimiz arasındakı əlaqənin gəldiyi nöqtəni göstərən qürur nişanıdır. Türkiyə olaraq hərbi qələbəsini diplomatic uğurla taclandırmaqda olan Azərbaycanın mübarizəsini meydanda və bütün beynəlxalq platformalarda dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəsin həyata keçirilməsinə nəzarət üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzu edirəm”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev