8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
14 Noyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
4670
30.12.2020, 14:50
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.
O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.
"Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək. Onun sözlərinə görə, Ermənistanın atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələr normallaşa bilər. Nazir bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.
Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan XİN başçısı Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.
M.Çavuşoğlu gələn il Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də diqqətə çatdırıb. Qeyd edib ki, Pakistanda baş tutacaq bu görüşün dəqiq tarixi müəyyənləşdirilir.
Nazir 2020-ci ilin ən önəmli məsələsinin Dağlıq Qarabağ olduğunu vurğulayıb. Qeyd edib ki, Naxçıvan dəhlizinin açılması, köçkünlərin geri dönməsi və digər məsələlər nəzarətdədir. M. Çavuşoğlu Dağlıq Qarabağla bağlı Rusiya ilə sıx təmasda olacaqlarını da dilə gətirib: "Pandemiyaya baxmayaraq, Dağlıq Qarabağ, Suriya, Liviya, Şimali Kipr və Şərqi Aralıq Dənizi məsələsində oyunun önəmli bir hissəsi olduq, çox önəmli qazanclar əldə etdik, yeri gəldi oyunu biz qurduq, ölkəmizin əleyhinə olan oyunları biz pozduq”.
21:32 / 14 Noyabr 2026
18
21:22 / 14 Noyabr 2026
56
21:11 / 14 Noyabr 2026
258
21:04 / 14 Noyabr 2026
99
21:02 / 14 Noyabr 2026
80
20:56 / 14 Noyabr 2026
76
20:50 / 14 Noyabr 2026
86
20:38 / 14 Noyabr 2026
90
20:23 / 14 Noyabr 2026
812
19:54 / 14 Noyabr 2026
91
19:50 / 14 Noyabr 2026
95
19:36 / 14 Noyabr 2026
1497
19:15 / 14 Noyabr 2026
130
19:12 / 14 Noyabr 2026
126
19:05 / 14 Noyabr 2026
118
18:50 / 14 Noyabr 2026
125
18:43 / 14 Noyabr 2026
134
18:21 / 14 Noyabr 2026
861
18:09 / 14 Noyabr 2026
143
18:06 / 14 Noyabr 2026
570
18:03 / 14 Noyabr 2026
118
17:18 / 14 Noyabr 2026
233
17:15 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.