Qaynar xətt:

(+99450) 247 90 86

Əsirlər verildi

Əsirlər verildi

DÜNYA

2555

28.12.2020, 18:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.
 

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.
 
"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.
 
Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.
 
Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.