Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan türk dövlətlərini birləşdirir - "BÖYÜK TURAN" ordusu qurulur

Ərdoğan türk dövlətlərini birləşdirir - \\\"BÖYÜK TURAN\\\" ordusu qurulur

DÜNYA

3771

27.12.2020, 20:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Orta Asiyadakı türk respublikaları ilə yeni bir hərbi-siyasi blok yaratmağı planlaşdırır.

Redaktor.az bu barədə Rusiyanın "Koskovsky Komsomolets" qəzetinə istinadən xəbər verir.

Məlumatda Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi müqavilələr imzaladığı, Qazaxıstanın "Bayraqdar TB2" PUA-ları alacağı öz əksini tapıb.

Qeyd olunub ki, yeni hərbi ittifaqa qatılan ilk ölkə Türkmənistan olacaq.

 

Qəzetdəki məqalənin müəllifi Artyom Şarapov "Böyük Turan" ideologiyasından bəhs edərək, türk dövlətlərinin məhz bu müstəvidə birləşəcəyini vurğulayıb.

Türkiyənin bölgədəki əsas rəqiblərinin Rusiya, Çin və İran olduğu diqqətə çatdırılıb.