Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da DƏHŞƏTLİ PARTLAYIŞ - 20 bina yerindən oynadı

ABŞ-da DƏHŞƏTLİ PARTLAYIŞ - 20 bina yerindən oynadı

DÜNYA

6092

26.12.2020, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Tennesi ştatının Neşvill şəhərində partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, 25 dekabr Milad bayramının səhəri qeydə alınan hadisə zamanı 3 nəfər ağır yaralanıb.

Daha sonra hadisə yerində atışma səsləri eşidilib.

Bölgəyə polis qüvvələri cəlb olunub. Sakinlər evakuasiya edilib.

Neşvill Polis İdarəsinin (MNPD) sözçüsü Don Aaronun sözlərinə görə, zabitlər minalardan təmizləmə qrupunu xəbərdar etdikdən təxminən 30 dəqiqə sonra böyük bir partlayış olub. Yerli mətbuata park edilmiş bir mikroavtobusun partladığı və bir neçə binaya zərər verdiyi bildirilib.

Nashville Bələdiyyə Başçısı Con Kuper hadisə zamanı ən az 20 binanın zərər gördüyünü tvitterində yazıb.

Federal Təhlükəsizlik Bürosu faktla bağlı araşdırmalara başlayıb.