Qaynar xətt:

(+99450) 247 90 86

"Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir"

\\\"Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir\\\"

DÜNYA

1440

24.12.2020, 19:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, münaqişənin həlli ən vacib nailiyyətlərdən biri olub:

"Burada Rusiyanın rolu aşkardır. Möcüzə ilə reallıq arasında vacib bir seqment var: iş. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatının arxasında nəhəng iş dayanır və bu sənədin reallaşması bu işlə bağlıdır. Bundan sonra da qarşıda kompleks işlər dayanır. Sülh olanda, çox şeyə nail olmaq olar".