Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
749
22.12.2020, 11:36
Sərhəd demarkasiyası kontekstində Ermənistan hakimiyyəti sərt tənqid olunur, milli maraqlara xəyanətdə, məğlubiyyətçi mövqedə və s. günahlandırılır.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, bu iddialara cavab olaraq baş nazir Nikol Paşinyan Ermənistanın 2010-cu ildəki inzibati ərazi bölgüsü haqqında qanunundan hissə paylaşıb və bildirib ki, qanuna əsasən, Azərbaycanla dövlət sərhədi hələ o dövrdə müəyyənləşdirilib.
Hökumət başçısı Ermənistanın Geğarkunik bölgəsində yerləşən və Kəlbəcər ilə həmsərhəd olan Zod yatağı ərazisindəki Ermənistan-Azərbaycan sərhədini Azərbaycana təhvil verən bu qanunun fraqmentlərini yayımlayıb.
Qanunda deyilir ki, Zod kənd icması Geğarkunik bölgəsinin cənub-şərq hissəsində, şimal-şərqdən və şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir.
Paşinyan bu “yazıya” Ermənistan silahlı qüvvələrinin bu gün bu qanunda təsbit edilmiş sərhəd xəttinə uyğun olaraq yerləşdirildiyini qeyd edib: “Xatırladım ki, “Daşnaksütyun”, “Vətən” kimi fraksiyalar 2010-cu ildə bu qanunun qəbul edilməsinə səs veriblər. Qanun layihəsini Ermənistan hökuməti təqdim edib”.
Onun sözlərinə görə, bu gün bu qanuna səs verən nazir və deputatların çoxu mövcud hökuməti və özünü Kəlbəcəri təslim etməkdə günahlandırırlar, halbuki özləri bu ərazinin Azərbaycan kimi tanınmasına dair qanun qəbul edib.
Xatırladaq ki, noyabrın 10-dan bəri Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra Ermənistanda baş nazirin rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. N.Paşinyan Qarabağı təslim etməkdə günahlandırılır.


23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.