Qaynar xətt:

(+99450) 247 90 86

“Bu kənddən o tərəf Azərbaycandır” - Paşinyan ermənilərə müraciət etdi

“Bu kənddən o tərəf Azərbaycandır” - Paşinyan ermənilərə müraciət etdi

DÜNYA

1050

21.12.2020, 17:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı Sisian meydanında toplaşan erməni xalqına müraciət edib.
PROPRESS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan çıxışında bunları deyib: “Hazırda Sünik bölgəsində sərhədlərlə bağlı əhali arasında bir çox suallar yaranıb. Çoxları deyir ki, Sünik Azərbaycana verilir və ya sərhədlər təhlükə altına atılır. Əslində isə hər şey əksinədir. Biz sərhəd ərazilərindəki hərbçilərimizin sayını artırmaqla ölkəmizin təhlükəsizlik səviyyəsini artırırıq”.
Sərhədlərin demarkasiyası məsələsinə də toxunan Baş nazir bu prosesin Ermənistan Respublikasının 2010-cu ildə qəbul olunan inzibati ərazi bölgüsü qanununa əsasən həyata keçirildiyini bildirib: “O qanuna əsasən, məsələn, Xndzoresk və Teğ kəndindən o tərəf Azərbaycandır”. Paşinyan həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibənin gedişinə niyə müdaxilə etməməsi sualına cavab verərək müharibənin Ermənistanın qanuni sərhədlərindən kənarda baş verdiyini vurğulayıb. ProPress.az Media Portalı - Bütün hüquqları qorunur © Saytdakı məlumatlardan istifadə zamanı hiperlinklə istinad mütləqdir!