Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədən ACI XƏBƏR: Ölənlərin sayı artdı - FOTO

Türkiyədən ACI XƏBƏR: Ölənlərin sayı artdı - FOTO

DÜNYA

682

20.12.2020, 00:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində ölən pasiyentlərin sayı 9 nəfərə çatıb.

Oxu24.com  Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

"Vəfat edənlərin sayı 9 oldu", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, hadisə SANKO Universitetinin Reanimasiya şöbəsində baş verib. Şöbədə oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 9-u ölüb. Digər pasiyentlər yaxınlıqdakı başqa hospitala yerləşdirilib.