Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan “İlin adamı” seçildi – Qərar

Ərdoğan “İlin adamı” seçildi – Qərar

DÜNYA

11611

19.12.2020, 12:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Seneqalda İslam dini ilə əlaqədar araşdırma aparan JAMRA adlı qeyri-hökumət təşkilatı (QHT) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “İlin adamı” seçib.

Teleqraf.com xəbər verir ki, QHT Fransa Prezidenti Emmanuel Makronun İslam dini və Məhəmməd peyğəmbəri hədəfə alan çıxışlarına sərt mövqe sərgiləyən Türkiyə liderini “İlin adamı” seçdiyini açıqlayıb.

Açıqlamada Ərdoğanın İslam peyğəmbərinə qarşı çirkin böhtan və təhqirlərə cəsurcasına təpki göstərdiyi qeyd edilib.

Prezident Ərdoğanın fransız mallarını boykot çağrışı və Makronu tənqid edən açıqlamları Seneqaldan böyük dəstək görmüşdü.

Noyabrın 7-də paytaxt Dakarda islamofobiyaya qarşı keçirilən aksiyada Ərdoğana dəstək açıqlamaları verilmişdi.