Qaynar xətt:

(+99450) 247 90 86

Putin nəvələrinə hansı kitabları oxuyur? - Prezidentdən maraqlı cavab

Putin nəvələrinə hansı kitabları oxuyur? - Prezidentdən maraqlı cavab

DÜNYA

542

17.12.2020, 21:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi illik mətbuat konfransı zamanı Yekaterinburqdan jurnalist Yelena Vorontsova belə bir sual verib: “Vladimir, Vladimiroviç, siz nəvələrinizə hansı kitabları oxuyursunuz?”

Teleqraf.com xəbər verir ki, Rusiya lideri suala cavabı maraqla qarşılanıb.

Putinin suala cavabı belə olub:

“Məsələn, Marşakı...”

Aparıcı V.Putinin Marşakın məhz hansı əsəri oxuduğunu dəqiqləşdirmək istəyib. Putin gülümsəyərək deyib:

“Yaxşı, “On iki ay”. Rus sovet müəlliflərinin digər yaxşı əsərləri də var. Bizim nağıllarımız çox yaxşıdır”.

V.Putin nadir hallarda ailəsi, o cümlədən nəvələri barədə danışır. O, 2017-ci ildə vətəndaşlarla birbaşa bağlantı zamanı ikinci nəvəsinin dünyaya gəldiyini açıqlamışdı. Birincinin isə artıq uşaq bağçasına getdiyini qeyd etmişdi. Rusiya Prezidenti uşaqların adlarını çəkməmişdi.

Samuil Marşak (1887-1964) rus sovet şairi, dramaturq və tərcüməçi, ədəbiyyatşünas, ssenaristdir. Populyar uşaq kitablarının müəllifidir. Lenin mükafatı (1963) və dörd Stalin mükafatı (1942, 1946, 1949, 1951) laureatıdır.