Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
646
17.12.2020, 20:56
- Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ və digər ərazilər Azərbaycanın ayrılmaz hissəsidir;
- Qarabağın statusu gələcəkdə həll olunmalıdır;
- Üçtərəfli razılaşmanın 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”;
Putin bir fikrində Azərbaycanın, digər fikrində Ermənistanın mövqeyini ifadə edir. Anlaşılandır, balansı qoruyur, xüsusilə Rusiyanın Ermənistan üzərindəki gələcək maraqları fonunda... Lakin yaranan suallar da var:
1. Status: Putin Qarabağ və digər ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu dilə gətirir, bunun beynəlxalq hüquqa əsaslandığını deyir, həm də qeyd edir ki, “Qarabağın gələcək statusu həll olunmalıdır”.
Bu ərazilər Azərbaycana məxsusdursa, Putin də bunu dilə gətirir, hansısa statusdan söhbət belə gedə bilməz. Rəsmi Bakı bunu bəyan edib. Putin niyə üzərində dayanır?
- Bununla, balans qoruyur və Ermənistana müsbət siqnallar ötürür, məqsəd ermənilərə “bölgədə yeganə qarantınız Rusiyadır” mesajını verməkdir;
- Moskva sülhməramlılarının gələcəkdə hansı ad altında bölgədə qalacağının dərdindədir. Status məsələsi üzərindən Bakıya mesaj verir və “gələcəkdə həll olunmalıdır” deməklə qüvvələrinin qalmasına zəmin yaradır;
- Status mesajı əsasən digər vasitəçilərə - ABŞ və Fransaya ünvanlanıb. Münaqişə iki həmsədr ölkəsinin heç bir təsiri olmadan həll olundu. Rusiya onları yumşaltmaq üçün “hələ hər şey həll olunmayıb” deyir. (Türkiyənin məsələnin həllində iştirakını müdafiə etməsi də əslində buna hesablanmışdı);
2. Erməni silahlıları: Putin razılaşmanın birinci bəndinə istinad edir və belə çıxır ki, erməni əhalisinin yaşayacağı ərazilərdə erməni hərbi birləşmələri də olacaq. Hərçənd, razılaşmanın 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Putin bunu bilir, amma dilə gətirmir: burada İrəvana müsbət, Bakıya mənfi mesaj məqsədi var.
Amma və lakin...
- Qarabağda heç bir status verilmirsə, bu ərazilərdə erməni silahlı birləşmələri də olmayacaq;
- Üçtərəfli razılaşmada erməni hərbi birləşmələrinin çıxarılması aydın əksini tapıb;
- Azərbaycanın son günlər Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatları və Rusiya sülhməramlılarının razılaşmanın bəndlərindən kənar davranışlarına göstərilən reaksiya da Bakının öz ərazisində heç bir kənar təsirə imkan verməyəcəyini göstərir;
Ümumilikdə isə Putinin açıqlamaları sanki növbətçi xarakter daşıyırdı. Hiss olunurdu ki, Rusiya prezidenti Qarabağ məsələsi haqqında daha danışmaq istəmir, sadəcə nəsə deməlidir...
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.