Qaynar xətt:

(+99450) 247 90 86

Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: "Əvvəlcədən razılaşmışıq ki..."

Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: \\\"Əvvəlcədən razılaşmışıq ki...\\\"

DÜNYA

1281

17.12.2020, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əgər Azərbaycan və Ermənistan istəyərsə, Rusiya sülhməramlılarının orda olma müddəti artırıla bilər.

Bu sözləri Rusiya lideri Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

O bildirib ki, hər iki tərəf istəyərsə, rus sülhməramlılarının sayı da artırıla bilər:

“Sülhməramlıların sayının artırılması bütün tərəflərdən, xüsusilə Azərbaycandan asılıdır. Çünki biz sayla bağlı əvvəlcədən razılaşmışıq”.

Putinin sözlərinə görə, buna ehtiyac olarsa, bir yerdə ediləcək:

“Əgər ehtiyac olmasa, onda etməyəcəyik”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağda sayı 1960 nəfər olaraq müəyyənləşib.