Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Putindən Qarabağla bağlı mühüm AÇIQLAMA: Erməni hərbçilər...

SON DƏQİQƏ! Putindən Qarabağla bağlı mühüm AÇIQLAMA: Erməni hərbçilər...

DÜNYA

5824

17.12.2020, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək".

Oxu24.com  xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında çıxışını şərh edərkən deyib. Şahin Cəfərli bildirib ki, Rusiya prezidenti hamını narahat edən "Erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaqmı?” sualına aydınlıq gətirib:

"Vladimir Putin bu barədə suala cavab verdi. Üçtərəfli bəyanatda bununla bağlı qeyri-müəyyənlik var. 4-cü maddədə yazılıb: 

"Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir".

Lakin Putin bu məsələdə 1-ci maddəyə istinad etdi. Orada yazılıb: 

"Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar".

Yəni, erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək. Putin Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu və status məsələsinin gələcəyə buraxıldığını söylədi".