Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan ordusu ilə bağlı sensassion rəqəm: 700 meyit tanınmır

Ermənistan ordusu ilə bağlı sensassion rəqəm: 700 meyit tanınmır

DÜNYA

811

17.12.2020, 09:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan hakimiyyəti həqiqəti təhrif etməyə və narazılıq dalğası doğuran informasiyanı ictimaiyyətdən gizlətməyə davam edir.
“Report” xəbər verir ki, bu barədə “Politik.am“ yazıb. Sayt bildirib ki, indiyə qədər Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə rəsmən bildirilməyib.
"Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt bildirib. Ermənistan hakimiyyəti hələlik 3 000-dən çox hərbçinin həlak olması barədə açıq bildirib. Hökumətdəki mənbələr isə “Politik.am”a bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var. "İtkinlərin çox hissəsi əslində həlak olub, onların meyitləri Ermənistanın ərazisinə aparılmayıb. Hazırda morqlarda şəxsiyyəti məlum olmayan 700 meyit var", - sayt yazır.