Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədən acı xəbər: Rekord sayda adam öldü

Türkiyədən acı xəbər: Rekord sayda adam öldü

DÜNYA

692

16.12.2020, 21:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 240 nəfər ölüb. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.

Oxu24.com -un  xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 205 397 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 718 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 29 922, ağır xəstə sayı 5966 olub

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 928 165 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 691 113 nəfər sağalıb, 17 121 nəfər isə ölüb.

Onu da bildirək ki, dünya miqyasında COVID-19 infeksiyasına yoluxanların sayı 74 milyonu keçib.