Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədən acı xəbər: 235 nəfər ölüb

Türkiyədən acı xəbər: 235 nəfər ölüb

DÜNYA

827

15.12.2020, 21:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 235 nəfər ölüb.

Oxu24.com -un  xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.  

Ağır xəstə sayı 5988 olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 1 898 447 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 661 191 nəfər sağalıb, 16 881 nəfər isə ölüb.

F.Qoca bu günkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.