Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynadan ERMƏNİLƏRƏ ZƏRBƏ: Nazirə cinayət işi açıldı

Ukraynadan ERMƏNİLƏRƏ ZƏRBƏ: Nazirə cinayət işi açıldı

DÜNYA

736

15.12.2020, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Milli Antikorrupsiya Bürosu ölkənin daxili işlər naziri Arsen Avakov və Milli Bankın keçmiş rəhbəri Valeriya Qontarevaya qarşı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar Avstriyanın “Meinl Bank Aktiengeselschaf” bankında açılmış “CityCommerce Bank”ın hesablarında qanunsuz olaraq 62 milyon avronun mənimsənilməsi faktı ilə bağlı iş üzrə şübhəlilər sırasındadır. Belə ki, onların vəzifələrindən sui-istifadə etməsi ehtimalı var.

Elə iş də Ali Antikorrupsiya Məhkəməsinin “Vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə verdiyi qərara əsasən açılıb.

İstintaq həmçinin “CityCommerce Bank”ın işçilərinə qarşı da araşdırma və yoxlamalar aparır.