Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
7532
14.12.2020, 22:01
“Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.
Oxu24.com -un xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə növbəti iclasında Azərbaycanla bağlı müzakirələrin olduğunu qeyd edərkən bu fikirləri səsləndirib.
Azərbaycan himninin müəllifi Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna ithaf etdiyi şeiri səsləndirən R.T.Ərdoğan bildirib ki, keçmişdə olduğu kimi yenə də Azərbaycanda Türkiyəyə qarşı olan sevgi və ehtiramın Bakıya son səfəri müddətində bir daha şahidi olub: “Dəyərli qardaşım İlham Əliyevin kübar dəvətilə Azərbaycana səfərimizə çox önəmli mesajlar daxildir. Azadlıq meydanındakı Zəfər Paradında mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının yendən təsdiqinin şahidi olduq. Bakı küçələrində, əllərdə, avtomobillərdə, eyvanlarda, pəncərələrdə dalğalanan Türkiyə və Azərbaycan bayraqlarını gördük, insanların zəfər sevincinə heyətimizlə birgə biz də qoşulduq. Vətən Müharibəsində Azərbaycan Ordusundan şəhid olan 2783 hərbçimizi və 100 məsum şəhidimizi ehtiramla yad etdik. Beləcə, Türkiyə və Azərbaycanın sevincinin də, kədərinin də bərabər olduğunu bütün dünyaya sübut etdik”.
Türkiyə Prezidenti deyib ki, Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb: “Türkiyə-Azərbaycan keçmişdən gələcəyə sarsılmaz bir körpü inşa edib. Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyilə 44 günlük qətiyyətli bir mübarizə ilə zəfər qazanıb. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük zəfər hərbi, diplomatik və siyasi baxımdan çox böyük anlamlar daşıyır.
Qarabağ artıq donmuş bir münaqişənin həlli ilə haqqın batilə qalib gəlməsinin bir rəmzini daşıyır. Laçından Şuşaya, Füzulidən-Kəlbəcərə həmd olsun əzanlar səslənir, Azərbaycan bayrağı dalğalanır. Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb. İnşallah bundan sonra Qarabağda münaqişə yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, kin-küdurət yerinə yaxşı bir qonşuluğun əsası qoyulacaq”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.