Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1693
13.12.2020, 23:11
“İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend “Twitter” hesabında yazıb.
Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib: "Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dekabrın 10-da Bakıda çıxışı zamanı səsləndirdiyi şeyirə İran XİN-də siyasi xarakter verilib. Bununla bağlı dekabrın 11-də Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq izahat tələb olunub. Ardınca isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılaraq bunun yanlış anlaşılma olduğu bildirilib.
Lakin İran mətbuatında Türkiyə prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc olunub, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında R.T.Ərdoğan əleyhinə şüarlar səsləndirilib. İran parlamentinin 286 millət vəkilindən 225-i Türkiyə prezidentini qınayıb.
Dünən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon danışığında yanlış anlaşılmanı siyasiləşdirməyə və Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildirib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.